XII Karl

XII Karl
isv. Karl XII
İsveç monarxı[d]
5 (15) aprel 1697 – 29 noyabr (10 dekabr) 1718
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1682(1682-06-27)[1][2][…]
Vəfat tarixi 11 dekabr 1718(1718-12-11)[1][2][…] (36 yaşında)
Vəfat səbəbi döyüşdə ölüm[1]
Təhsili
Fəaliyyəti hərbi lider[d], monarx
Ailəsi Pfals-Zveybrükgen-Kliburq sülaləsi
Dini lüteranlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII Karl (isv. Karl XII; 27 iyun 1682[1][2][…]11 dekabr 1718[1][2][…]) — 1697-1718-ci illərdə İsveç kralı, hakimiyyətinin çox hissəsini Avropada uzunmüddətli müharibələrdə iştirak etməklə keçirmiş sərkərdə. XII Karl 15 yaşında XI Karlın atasının ölümündən sonra taxta çıxdı.

Latın, alman, fransız dillərini bilirdi və atası XI Karlın siyasətini davam etdirməyə çalışırdı[3]. Hakimiyyətə gəldikdən üç il sonra İsveç Danimarka, Saksoniya və Rusiyanın daxil olduğu koalisiyanın hücumuna məruz qaldı. Karl orduya rəhbərlik etdi və əvvəlcə bir sıra parlaq qələbələr qazandı, lakin 1709-cu ildə Poltavada ağır məğlubiyyətə uğradı və sonra bir neçə il Osmanlı imperiyasında fəxri əsir kimi qalmağa məcbur oldu. O, Norveç qalalarından birinin mühasirəsi zamanı həlak oldu. Döyüşdə ölən sonuncu Avropa monarxıdır.

Onun inadkarlığına heyran olan yeniçərilər XII Karla “Dəmir baş” ləqəbi vermişdilər[4].

  1. 1 2 3 4 5 Karl XII (швед.). 1917.
  2. 1 2 3 4 Hatton R. M., Nordlund S. Charles XII // Encyclopædia Britannica (ing.).
  3. Беспалов А.в. Карл XII -почерк полководца // Norwegian Journal of Development of the International Science. — 2019. — Вып. 35—3. — ISSN 3453-9875.
  4. Kessler J. S. Echoes of Empire: An Accidental Historian’s Journey Through the Post-Ottoman World. N.Y., 2016. P. XV—XVII; Nazir B. Osmanlı Misafirperverliği ve Avrupa’daki Yankıları. Istanbul, 2009. S. 11-13.

Developed by StudentB